"Çelsi"nin məşqçisi: "Avropa Liqasını qazanmaq inanılmaz hadisə olacaq"

"Çelsi"nin məşqçisi: "Avropa Liqasını qazanmaq inanılmaz hadisə olacaq"

"Finala qədər yaxşı futbol oynadıq. Burada olmağı haqq etdik. Buna görə mən və bütün komanda xoşbəxtdir".
"Report" xəbər verir ki, bunu "Çelsi"nin köməkçi məşqçisi Canfranko Zola klubun rəsmi saytına verdiyi müsahibədə deyib. 1998-ci ildə "Çelsi" ilə futbolçu kimi UEFA Kuboklar Kubokunu qazanan veteran futbolçu indi bunu məşqçi kimi edə bilər.
52 yaşlı mütəxəsis Avropa Liqasını qazanmağın komanda üçün xüsusi olacağını bildirib: "Çelsi" mənim üçün çox şey ifadə edən klubdur. Futbolçular Avropa Liqasının finalına vəsiqə qazandıqları üçün xoşbəxtdirlər. Düzdür, bizim komandada titullu oyunçular var. Amma Avropa Liqasını əldə etmək bütün komanda üçün xüsusi və inanılmaz hadisə olacaq".
Zola finalda onları çətin matçın gözlədiyini də vurğulayıb. Onun fikrincə, "Arsenal" istənilən komandaya qalib gəlməyi bacaran çox təhlükəli rəqibdir. Rəqibin hücum xətti istənilən komandaya problem yaradacaq gücdədir. Onlar əks-hücumda çox yaxşı çıxış edirlər. Diqqətli olmasaq, bizi cəzalandıra bilərlər. Bizim də keyfiyyətli futbolçularımız var və "Arsenal"a qalib gəlmək üçün onlardan istifadə edəcəyik. Fikrimcə, bizi sona qədər gərgin keçəcək oyun gözləyir".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...