Məhkəmə Nurəddin Xocanın şikayətini qəbul etmədi

Məhkəmə Nurəddin Xocanın şikayətini qəbul etmədi
Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) apelyasiya şikayətinə baxılıb.

Gundeminfo.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Nurəddin İsmayılovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona 5 il 6 ay müddətinə şərti cəza verilib. Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham elan edilib.

Nurəddin İsmayılov vəzifə səlahiyyərlərini aşıb, vəzifə vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə yönələn açıq çağırışlar edib. Nurəddin İsmayılov Qarabağ müharibəsi veteranı, “Bozqurd” batalyonunun keçmiş komandiri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...