Uşaqlara bu halda tut vermək olmaz

Uşaqlara bu halda tut vermək olmaz
Tut mövsümü gəldi. Yenə uşaqlar küçədə toz-torpağın içindən tut yeyirlər. Dəfələrlə demişik və yenə təkrar edirəm ki, ziyanlıdır.

Axar.az xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev məlumat paylaşıb. O bildirib ki, təmizlənməmiş, natəmiz halda yeyilmiş tut xüsusilə uşaqlarda mədə-bağırsaq pozğunluğu yaradır:

“Tut uşaqlar üçün olduqca faydalıdır, yemələri məsləhətdir. Ancaq şəhərdə, ağacdan yerə tökülmüş, çirkabın içində olan tutun uşağa heç bir faydası yoxdur, əksinə, ziyandır”.

Həkimin bu məsləhətinə etirazını bildirən kənd sakinlərinə isə V.Qarayev bildirib ki, bu məhdudiyyət ancaq şəhər üçün keçərlidir:

“Kənddə ağacdan yerə tökülən meyvə ilə şəhərdəkini müqayisə etməyin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
655 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...