STP-də “Qan ver, həyat ver!” Aksiyası keçirilib

STP-də “Qan ver, həyat ver!” Aksiyası keçirilib

Artıqneçə ildir ki, may ayının14-ü BeynəlxalqQan Donorları Günü kimi qeyd olunur.Hər il fərqli şüar ilə qeyd edilənDonorlar Günü bu il“Hər kəs üçün təhlükəsiz qan!” şüarı altında keçirilib.

Sumqayıt Texnologiyalar Parkı da öz növbəsində bu ilin 14 may tarixindəBeynəlxalq Qan Donorları Günümünasibətilə şirkət daxili “Qan ver, həyat ver!” adlı aksiya təşkil edib.

Tədbirinhəyata keçirilməsindəəsas məqsəd Azərbaycanda qana ehtiyacı olan insanlara yardım etmək olub. Eyni zamanda cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, həmçinindonorluğun təbliğ edilməsi də qarşıya qoyulan məqsədlər arasında olub.

Məlumat üçün bildirək ki, hazırda ölkəmizdəqana ehtiyacı olan xəstələr əsasən talassemiyalı və hemofiliyalı insanlardır.Azərbaycanda“- 4” və “- 1” rezuslu qanlarnadir qan qrupu hesab olunur. Bununla belə, xoşbəxtlikdən bu qan qruplarına olan təlabat da azdır. Ümumilikdə isə demək olar ki, ölkədə qan donorluğuilə bağlı müsbət tendensiya mövcuddur.Qan Bankına qan bağışlayan insanların sayı hər il artmaqdadır.Məsələn, keçənil ilə müqayisədəbu il könüllüolaraq qan donoru olan vətəndaşlarımız 3 dəfə daha çoxdur.
STP-də “Qan ver, həyat ver!” Aksiyası keçirilib

Tarixə nəzər salsaq görərik ki, Beynəlxalq Qan Donorları Günü könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılması, daha çox insanın könüllü donorluğa həvəsləndirilməsi, həmçinin, öz qanını təmənnasız olaraq bağışlayan şəxslərə ehtiram və minnətdarlıq məqsədi ilə təşkil olunub və DonorGünü2014-cü ildən ÜmumdünyaSəhiyyəTəşkilatının qərarı iləqan qruplarını kəşf etmiş alim KarlLixtenştaynerin doğum günündəqeyd edilməyə başlanılıb.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkının həyata keçirdiyi aksiyaQızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində baş tutub. Rəhbər heyət də daxil olmaqla ümumilikdə200nəfər STP əməkdaşı Azərbaycan Qan Bankının inkişafına öz töhfəsini verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...