Bəzi xəbər saytları niyə işləmir? - SƏBƏB

Bəzi xəbər saytları niyə işləmir? -
Bir neçə dəqiqədir ki, bəzi xəbər saytlarının fəaliyyətində yaranan məhdudiyyətlər hostinqlə bağlıdır.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Qurumun mətbuat xidmətindən bildiriblər ki, saytlarda yaranmış problem artıq həll olunub:

"Bəzi saytlarda yaranmış problem onların serverləri ilə bağlıdır. Misal üçün, bir anda sayta 500 mindən artıq istifadəçi daxil olduqda həmin veb-saytda yüklənmə baş verir. Bu, hostinqin tutumu az olduqda meydana gəlir. Fəaliyyətində problem olmayan saytlarda isə tutum çox olduğundan onların işində ləngimələr yaranmayıb".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
87 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...