Burak Özçivit azərbaycanlı müəllimdən dərs alır - FOTOLAR

Burak Özçivit azərbaycanlı müəllimdən dərs alır -

Yeni mövsümdən Türkiyənin ATV kanalında yayımlanması gözlənilən “Diriliş Osman” serialının çəkilişlərinə bu günlərdə start verilib.

Oxu.Az xəbər verir ki, “Diriliş Ertuğrul”un davamı olaraq çəkilən “Diriliş Osman” serialında rol alacaq türkiyəli aktyor Burak Özçivit də hazırlıqlara başlayıb.

B.Özçivit çəkilişlərdən öncə rolu üçün bir il at sürmə, döyüş, qılıncoynatma və xoreoqrafiya dərsləri alıb. Aktyora öz rolunun öhdəsindən yüksək səviyyədə gəlməsi üçün azərbaycanlı Rahim Muradov təlim keçir.

Həftənin beş günü səkkiz saat çalışan B.Özçivit xoreoqraf dərsləri ilə bərabər, tarixçilər və sosioloqlardan tarix və həmin dövrün yaşayış tərzini olduğu kimi göstərmək üçün nəzəri dərslər alır.

Burak Özçivit azərbaycanlı müəllimdən dərs alır -
Burak Özçivit azərbaycanlı müəllimdən dərs alır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...