Festivalın ikinci günündə güləşçilərimiz iki qızıl, üç gümüş və bir bürünc medal qazanıblar

Festivalın ikinci günündə güləşçilərimiz iki qızıl, üç gümüş və bir bürünc medal qazanıblar

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) güləş yarışlarında 11 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, yarışın birinci günündə 4, ikinci günündə isə 7 çəki dərəcəsində medalların sahibləri bəlli olub.

Festivalın birinci günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan güləşçilərimizin yarışların ikinci günündə 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

İyulun 21-də yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc medallara sahib olublar. Sərbəst güləşçilərimizdən Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medallar qazanıblar.

“EYOF Bakı 2019”da Azərbaycanın aktivinə üçüncü qızıl medalı yunan-Roma güləşçimiz Qurban Qurbanov (48 kq) yazdırıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Xviça Abuladzeni məğlub edib.

Daha bir yunan-Roma güləşçimiz Həsrət Cəfərov (60 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Güləşçimiz finalda rusiyalı Maqomed Gigiyevı hesabı ilə məğlub edərək festivalın qalibi olub.

Sərbəst güləşçimiz Sabir Cəfərov (60 kq) finalda Rusiya təmsilçisi Fyodor Baltuevə uduzaraq gümüş medala sahib olub.

Daha bir sərbəst güləşçimiz Mircavad Nəbiyev (48 kq) üçüncü yer uğrunda görüşdə isveçrəli Tomas Fişheri böyük hesabla məğlub edərək bürünc medala layiq görülüb.

Qadın güləşçilərin mübarizəsində Gültəkin Şirinova (46 kq) finalda rumıniyalı Georgiana-Lavinia Antukaya uduzaraq gümüş medalla kifayətlənməli olub.

Millimizin üzvü Mərziyə Sadıqova (61 kq) da gümüş medala sahib olub. Təmsilçimiz həlledici qarşılaşmada İtaliya idmançısı Aurora Russo ilə görüşdən məğlub ayrılıb.

Güləş yarışlarına iyulun 23-də yekun vurulacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...