İlk üç ayda gələn turistlərin sayı açıqlandı

İlk üç ayda gələn turistlərin sayı açıqlandı

2019-cu ilin birinci rübündə Azərbaycana 1 409,7 min turist gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov bildirib.

R.Bağırovun sözlərinə görə, bu rəqəm 2018-ci illin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artım deməkdir.

“Formula 1” çərçivəsində Azərbaycana dörd ölkədən 75 min turist gəlib. Ötən illə müqayisədə bu rəqəmlərdə də artım var.

Ölkədəki turistlər arasında, xüsusilə, Böyük Britaniya və Çindən gələnlər üstünlük təşkil edir.

Xatırladaq ki, cari ilin mart ayında Dövlət Turizm Agentliyi ilə Çin hökuməti arasında əldə edilən razılaşma turist sayının artmasına təsir edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...