Ukraynalı legionerimiz Azərbaycana Zaqrebdə medal qazandırdı

Ukraynalı legionerimiz Azərbaycana Zaqrebdə medal qazandırdı

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran Pri yarışı başa çatıb.

Oxu.Az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycanı təmsil edən ukraynalı cüdoçu İrina Kindzerskaya bürünc medal qazanıb.

Portuqaliya, Monqolustan, Ukrayna və Tunis idmançılarına qalib gələn İ.Kindzerskaya yalnız turnirin çempionu, yaponiyalı Sone Akiraya yarımfinalda üç şido balı ilə uduzub.

78 kq-dan yuxarı çəkidə mübarizə aparan təmsilçimiz bürünc medal uğrunda görüşdə tunisli Nihel Şeyx Ruhunu məğlub edib.

Qeyd edək ki, Zaqreb Qran Prisində 86 ölkədən 552 cüdoçu mübarizə aparıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...