Xırdalanın H.Əliyev prospektində yolun bir hissəsi birtərəfli bağlanacaq - Sürücülərin nəzərinə

Xırdalanın H.Əliyev prospektində yolun bir hissəsi birtərəfli bağlanacaq -
GUNDEMINFO.AZ xəbər verir ki, “Azərsu” ASC tərəfindən Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə əlaqədar Heydər Əliyev prospektində yolun bir hissəsi birtərəfli bağlanacaq.

Xırdalan dairəsi istiqamətindən (Xırdalan Petrol olan hissədən) prospektin M.Rəsulzadə küçəsi ilə kəsişməsinədək (At heykəli ) yolun bir hissəsi birtərəfli qaydada 20 gün bağlı qalacaq.

Su-kanalizasiya xəttinin çəkilişi yekunlaşdıqdan sonra şəhərin, demək olar ki, bütün avtomobil yollarının, prospekt və küçələrinin asfalt örtüyü yenilənəcək.

Su-kanalizasiya ilə bağlı uzun müddətdir problemlər yaşayan Xırdalanımızın gələcək inkişafına, əziyyət çəkən sakinlərimizin problemlərinin həllinə xidmət edəcək bu böyük layihənin tez bir zamanda başa çatdırılması üçün Abşeron rayon İcra Hakimiyyəti “Azərsu” ASC ilə birlikdə mümkün olan bütün tədbirlər görür və bu iş rayon İcra Hakimiyyətinin ciddi nəzarətində saxlanılır.
Yaranmış narahatlıqla bağlı “Azərsu” ASC Xırdalan sakinləridən üzr istəyir və Sürücülərədən alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Məlumat üçün bildirək ki, hələ 2017-ci ilin əvvəlində Xırdalan şəhəri Heydər Əliyev prospektinin genişləndirilməsi və abadlaşdırılması nəzərdə tutulmuşdu. Sözügedən lahiyənin həyata keçirilməsi və H.Əliyev prospektinin hər iki istiqamətinin qazılaçağını nəzərə alaraq abadlıq işi obyektiv olaraq ləngidilmişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...