Məşhur KİV: “ABŞ real müharibədə Rusiyaya uduzar”

Məşhur KİV: “ABŞ real müharibədə Rusiyaya uduzar”

Rusiya və Amerikanın “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilədən çıxması beynəlxalq hərbi-siyasi gündəmin ən çox müzakirə olunan mövzularındandır.

“The New York Times” nəşri “ABŞ Rusiyaya qarşı real müharibədə uduza bilər” başlıqlı məqaləsində yazır ki, Birləşmiş Ştatlar bu müqavilənin şərtlərinə riayət edib, Rusiya isə qaydaları pozub.

Qeyd olunub ki, bu müqaviləyə bağlı olmayan Çin silahlanmada minlərlə orta və yaxın mənzilli raketlərə sahibdir.

“Amma belə raketlər Birləşmiş Ştatlarda yoxdur. Bu boşluğu aradan qaldırmaq üçün ABŞ Müdafiə Nazirliyinə yerüstü orta mənzilli qeyri-nüvə raketlərini hazırlamaq və onları yerləşdirmək lazımdır”, - deyə bildirilir.

Qeyd olunub ki, Rusiya qadağan edilmiş raketləri inkişaf etdirərək ABŞ və NATO-nun müttəfiqlərinə məhəl qoymayıb.

Məqalədə yazılır ki, ABŞ yerüstü qeyri-nüvə döyüş başlıqları ilə təchiz edilməmiş raketlərə sahib olmadan, Rusiya və Çinə qarşı simulyasiya edilmiş döyüşlərdə daim uduzur.

Nəşr bildirir ki, ABŞ Konqresi yeni raketlərin hazırlanmasının maliyyələşdirilməsinin lehinə olmalıdır.

Həmçinin qeyd olunur ki, mövcud modellərin modifikasiyası istiqamətində də addımlar atmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...