Avropa Oyunlarını 1500 jurnalist işıqlandıracaq

Avropa Oyunlarını 1500 jurnalist işıqlandıracaq

“Bakı-2015” ilk Avropa Oyunlarının işıqlandırılması üçün 50 ölkənin media nümayəndəsi qeydiyyatda keçib.

Bu sözləri “AzərTac”a müsahibəsində “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin müdiri Ceyn Pirs deyib. Onun sözlərinə görə, mötəbər idman yarışını işıqlandırmaq üçün 630-dan çox yerli və 800 beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib:

“Qeydiyyatdan keçən media nümayəndələri arasında azərbaycanlı jurnalistlər üstünlük təşkil edirlər. Bundan başqa, Rusiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrdən çoxlu sayda müraciətlər qəbul etmişik. “Bakı-2015”in işıqlandırılması üçün 50 ölkənin media nümayəndəsi qeydiyyatda keçib”.

İlk Avropa Oyunlarını işıqlandırmaq üçün aparılan qeydiyyat prosesi aprelin 3-də başa çatdığını deyən Ceyn Pirs bildirib ki, hazırda qəbul olunan müraciətlər dəyərləndirilir və həmin nümayəndələrə təsdiq cavabları yollanılı:

“Media nümayəndələri akkreditasiya kartlarına mayın 29-dan başlayaraq sahib ola biləcəklər. Yerli media nümayəndələri kartları yaxın günlərdə açılışı nəzərdə tutulan Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər. Akkreditasiyadan keçən beynəlxalq media nümayəndələrinə isə xüsusi bildiriş göndərilir ki, onlar Azərbaycana gəlib viza ala və fəaliyyət göstərə bilsinlər. Xarici media nümayəndələri akkreditasiya kartını hava limanında quraşdırılmış xüsusi məntəqədən ala biləcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...