Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünü araşdırır

Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünü araşdırır

Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünə aid obsidian alətlərini araşdırır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Oxu.Az-a verilən məlumata görə, Tokio (Yaponiya) Universitetinin daş emalı texnologiyası (lithic technology) üzrə ixtisaslaşmış tədqiqatçısı Fumika İkeyama AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda saxlanılan Azərbaycanın neolit dövrü məskənlərində aşkar edilmiş obsidiandan (dəvəgözü, maqmatik dağ suxuru, vulkanik şüşənin bir növü) hazırlanmış çoxsaylı alətlərin trassoloji analizini aparıb.

Tədqiqata əsasən, Göytəpə, Hacıələmxanlı və Damcılı abidələrindən tapılmış materiallar cəlb edilib. Tədqiqatın əsas məqsədi Azərbaycan ərazisində neolit dövründə yaşamış qədim əhali tərəfindən daş alətlərin (kəsicilər və qaşovlar) hazırlanma texnologiyasının öyrənilməsi, istər Cənubi Qafqaz, istərsə də Ön Asiya ərazisində neolit daş emalı texnologiyalarının oxşar və fərqli cəhətlərinin aşkar edilməsidir.

Yaponiyalı tədqiqatçıya elmi araşdırmalarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı Əjdər Babazadə yardım edir.

Qeyd edək ki, yaponiyalı tədqiqatçı F.İkeyama bu ilin iyul-avqust aylarında Avey dağının şərq ətəyində yerləşən Damcılı düşərgəsində tədqiqatlar aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının iştirakçılarından biri olub.
Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünü araşdırır
Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünü araşdırır
Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünü araşdırır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
669 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...