Kürdə su artıb, Arazda azalıb

Kürdə su artıb,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 180 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla, 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 kub.m/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 130 kub.m/s olmaqla, ongünlük normaya yaxın olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 19 kub.m/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 28 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 115 kub.m/s təşkil etməklə ongünlük normadan çox olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 33 kub.m/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 62 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 45 kub.m/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 324 sm təşkil edib. Bu rəqəm 2018-ci il avqustun 16-da isə 348 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 65 sm qeydə alınıb.

2018-ci il avqustun 16-da isə bu rəqəm 221 sm təşkil edib. Salyanda suyun səviyyəsi 9 sm artaraq 89 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 141 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 1 sm azalaraq 155 sm olub və bu göstərici 2018-ci il avqustun 16-da 173 sm qeydə alınıb.

Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm artaraq 30 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il avqustun 16-da isə 70 sm təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...