Amerikalı cütlük EKO etdi, asiyalı uşaq doğuldu

Amerikalı cütlük EKO etdi, asiyalı uşaq doğuldu

Nyu-Cersi ştatından olan keçmiş ər-arvad reproduktiv klinikanı məhkəməyə veriblər.

Metro xəbər verir ki, qadına səhvən başqa kişinin sperma hüceyrələri yeridilib.

Kristina Kedriç və Dryu Vasilevski səhvi sonradan görüblər: böyütdükləri qızda asiyalılara məxsus əlamətlər aşkarlanıb.

DNT analizi şübhələri təsdiqləyib – Vasilevski uşaqın bioloji atası deyilmiş. Həkim səhvi ailədə münaqişəyə səbəb olub və sonda cütlük ayrılıb.

Keçmiş ər-arvadın bildirdiyinə görə, uşaq dünyaya gətirmək üçün onlar həkimlərə 500 min dollar (850 min manat) xərcləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...