Azərbaycan millisi FİFA reytinqində 109-cu pillədə qalıb

Azərbaycan millisi FİFA reytinqində 109-cu pillədə qalıb
Milli komandaların FİFA reytinqi açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan yığması siyahıda 109-cu pillədə qərarlaşıb.

Nikola Yurçeviçin baş məşqçisi olduğu komandanın hesabında 1191 xal var. Sonuncu dəfə iki ay öncə açıqlanan cədvəldəki mövqeyində qalan milli aktivinə 3 xal əlavə edib.

Buna AVRO-2020-nin seçmə mərhələsindəki iki oyun səbəb olub. Səfərdə Uelsə 1:2 hesabı ilə uduzan, evdə Xorvatiya ilə bərabərə qalan (1:1) milli Farer adaları ilə eyni göstəriciyə malikdir.

Qeyd edək ki, siyahıya Belçika başçılıq edir – 1752 xal, Fransa (1725) ikinci, Braziliya (1719) üçüncüdür.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...