Türkiyəli müğənni azərbaycanlı qız üçün çağırış etdi -

Türkiyəli müğənni azərbaycanlı qız üçün çağırış etdi -

Türkiyənin məşhur pop ulduzu Haluk Levent Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət edib.

Sənətçi bu barədə özünün “Tvitter” səhifəsində məlumat paylaşıb.

Haluk Levent sosial mediada xərçəng xəstəliyindən əziyyət çəkən 22 yaşlı Sura Nadirovaya kömək məqsədilə kampaniya başladıb:

“22 yaşlı Sura Nadirova qan xərçəngi xəstəliyindən əziyyət çəkir. O, Türkiyə vətəndaşı olmadığı üçün burada yaşayış icazəsi yoxdur. Suranın sağalması üçün 400 min TL-yə (120 min manat) ehtiyacı var.

Azərbaycan dövlətinin səlahiyyətli şəxslərinə səslənirəm. Bilirəm ki, Bakıda dinləyicilərim çoxdur. Təşkil etsinlər, gəlib Bakıda konsert verim. Toplanan pul Sura üçün xərclənsin”, - deyə sənətçi qeyd edib.


Türkiyəli müğənni azərbaycanlı qız üçün çağırış etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...