"Liverpul"un futbolçusu Harri Keyni təhqir etdiyi üçün cəzalanıb

"Liverpul"un futbolçusu Harri Keyni təhqir etdiyi üçün cəzalanıb
İngiltərə Futbol Assosiasiyası "Liverpul"un futbolçusu Harvi Elliottu 14 günlük cəzalandırıb.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi "Tottenhem"in hücumçusu Harri Keyni təhqir etməkdə günahkar bilinib. İngiltərəli oyunçu iyunun 1-də "Snapchat"da yayımlanan bir verilişdə Keyni cılız və axmaq adlandırıb.
Elliott cəza aldığı üçün oktybarın 24-də gənclər komandası ilə "Vulverhempton"a qarşı görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Elliott "Fulhem"də çıxış edərkən 16 yaşında Premyer Liqada debüt edib. Oyunçu bu ilin iyul ayında "Liverpul"a keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
587 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...