Maradona bunu da etdi – Oyun zamanı stadiona taxt gətirtdi - Foto

Maradona bunu da etdi –

"Ximnasiya və Esqrima" klubunun baş məşqçisi Dieqo Maradona daha bir maraqlı addım atıb.

“Yeni Sabah” xəbər verir ki, futbolun canlı əfsanəsi Argentina çempionatının 11-ci turu çərçivəsində "Nyuells Old Boys"la keçirilən ev oyunu zamanı məşqçilər korpusu üçün ayrılmış skamyada yox, özü üçün gətizdirdiyi taxtda əyləşib. Matç meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb – 4:0.

Qeyd edək ki, Maradona "Ximnasiya və Esqrima"da sentyabr ayından çalışır. Onun komandası 11 turdan sonra 7 xalla 24 komanda arasında 23-cü yerdə qərarlaşıb.


Maradona bunu da etdi –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...