Absaidov güləş yığmamızı pula görə tərk edib

Absaidov güləş yığmamızı pula görə tərk edib

Sərbəst güləş üzrə milli komandamızın baş məşqçisi Saypulla Absaidovun Nur-Sultanda keçirilən dünya çempionatında öncə komandamızdan gözlənilmədən getməsi müzakirələrə səbəb oldu. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dağıstanlı çalışdırıcının komandanı qoyub getməsinin səbəbi maddi məsələlər olub.

Uzun müddətdir Azərbaycan Güləş Federasiyasından maaş ala bilməyən məşqçinin DÇ ərəfəsi səbr kasası daşıb. Absaidov federasiya rəhbərliyindən pulunun verilməsini tələb edib.

Lakin buna nail ola bilməyib. Hətta milli komandanın üzvləri də baş məşqçinin tərəfində olublar. Onlar da maddi məsələlərin həllini tələb ediblər.

Problemlər həll olunmadıqda isə Absaidov komandanı tərk edib.

Federasiyadan verilən məlumata görə isə Absaidovun maaşında heç bir problem olmayıb. Sadəcə o, özü komandanı ataraq gedib: “Onun maaşında heç bir problem olmayıb. Maddi tərəfdən də dəstək görüb. Kimləsə problemə görə komandanı yarıyolda qoyaraq tərk edib. Bunu uşaq səhvi adlandırmaq olar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...