“Primakov böyük alim, tarixi şəxsiyyət idi” - Eynulla Fətullayev

“Primakov böyük alim, tarixi şəxsiyyət idi” -
Jurnalist Eynulla Fətullayev Primakovun yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsindən sonra davam edən müzakirələrə reaksiya verib. “Gundeminfo” xəbər verir ki, o qeyd edib ki, bir neçə gündür sosial şəbəkələrdə Primakov tufanı qalxıb:

“Görün, cəmiyyətin və insanların enerjisi hansı efemer, cəfəng, mənasız məsələlərə xərclənir. Primakov böyük alim, tarixi şəxsiyyət, Azərbaycana müəyyən mənada xoş münasibəti olmuş, tez-tez ölkəmizə səfər etmiş dövlət xadimi idi. Rusiya və rus elminin qarşısında böyük xidmətləri var... Tarixi intellektual sima idi...

Primakovu 20 Yanvar faciəsinin baiskarı hesab edirlər. 1990-cı ildə Primakov SSRİ Ali Sovetinin sədri vəzifəsində idi. Bakıda siyasi qərarların qəbul olunmasında rəhmətlik Elmira Qafarova hansı səlahiyyətlərə malik idisə, Primakov da Moskvada eyni statusun daşıyıcısı idi. Yəni, faktiki olaraq hakimiyyət Politbyuroda, MK-da və Qorbaçovun əlində idi. Lakin həmişə yazmışam, bu gün də əminliklə bildirirəm, 20 Yanvarda Bakıda qanuni və legitim hakimiyyətin devrilməsi prosesi baş verirdi. 1991-ci ildə təyin edilmiş seçkilərdə AXC Baltikyana və Gürcüstanda olduğu kimi mütləq qələbə əldə edə bilərdi. Cəbhəçilər nə etdilər? Qanunsuz Milli Müdafiə Şurası yaradıb, hakimiyyəti zəbt etməyə cəhd edib, 27 rayonda icra başçılarını devirib, qanunsuz yerli hakimiyyətlər formalaşdırdılar... Hətta İranla sərhədə hücum edib, dövlət sərhədini dağıtdılar!!! Bundan savayı, nə qədər acı olsa da, söyləməliyəm, AXC fəalları SSRİ DTK-sının təxribatlarına və agentur şəbəkəsinin çağırışlarına uyub Bakıda ermənilərin evlərinə hücumlar etdilər.

Bəziləri yazır ki, bəs 20 yanvar zamanı Bakıya rus qoşunları daxil olub, Azərbaycanı işğal edib. Bu savadsızlıqdır! Azərbaycan SSRİ dövlətinə daxil idi, Azərbaycanın müstəqilliyi hələ də elan olunmamışdı, Sovet ordusu isə Azərbaycanın ərazisində, yəni öz ölkəsinin ərazisində dayanmışdı... Bu sadə həqiqəti anlamaq o qədərmi çətindir?"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...