“APA-nın adından sui-istifadə edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub”

“APA-nın adından sui-istifadə edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub”

“Artıq neçənci dəfədir ki, “APA” xəbər brendinin adından sui-istifadə hallarına rast gəlirik. Çox təəssüf ki, yenə də bir işbaz .az domen sahəsində “apaxeber” adlı sayt qeydiyyatdan keçirə bilib. O bir az da irəli gedərək, saytın logosunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən mənim təsisçiliyimlə qeydiyyatdan keçirilmiş Azəri-Press Agentliyi MMC-nin adını da əlavə edib”.

Bunu “APA Group” media şirkətinin baş direktoru Vüsalə Mahirqızı deyib.

V. Mahirqızı bildirib ki, araşdırıma zamanı bu əməli törədənin Beyləqan şəhəri, N. Nərimanov 21 ünvanında qeydiyyatda olan Vüqar Vaqif oğlu Qasımov olduğu müəyyənləşib: “Biz artıq bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, cənab Əli Nağıyevə müraciət etmişik. Düşünürük ki, bu cür özfəaliyyətin qarşısı dərhal alınmalı və belə presedentlərin yaranmasına imkan verilməməlidir. Eyni zamanda Vüqar Qasımovun APA adından sui-istifadə etməsi ilə üzləşmiş şəxslərdən hüquq-mühafizə orqanlarına və bizə məlumat vermələrini xahiş edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...