“Nazirliklə danışıb problemi yoluna qoyduq” - Aynur Camalqızı

“Nazirliklə danışıb problemi yoluna qoyduq” -
Bir neçə saytın (anews.az, publika.az və aznews.az) məhkəmə qərarı bağlandığı barədə xəbər yayılıb.

Bildirilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ərizəsi əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə həmin saytların fəaliyyətinin məhdudlaşdırılması haqqında qərar qəbul edilib.

Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar publika.az saytının rəhbəri Aynur Camalqızı ilə əlaqə saxlayıb.

Aynur Camalqızı bildirib ki, xəbər qismən doğrudur.

“Ona görə qismən doğrudur ki, burda bloklanmadan yox, saytda gedən bir reklamın yayımının məhdudlaşdırılmasından söhbət gedir. Bu da “Xbet” oyunlarının reklam yayımı ilə əlaqədar idi. Biz dünən Nazirliklə danışdıq və bu problemi yoluna qoyduq. Reklamı saytdan çıxardıq və Publika.az öz fəaliyyətini köhnə qaydada davam etdirir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...