Rusiyada Zelenskinin çəkildiyi serialın efir yayımı dayandırıldı

Rusiyada Zelenskinin çəkildiyi serialın efir yayımı dayandırıldı

Rusiyanın TNT kanalı baş rolda Ukrayna Prezidenti Vladimir Zelenskinin çəkildiyi "Xalqın xidmətçisi" serialını efirdən yığışdırıb.

Bu barədə "Vedomosti" qəzeti məlumat yayıb. TNT nümayəndəsi kanalın serialı tam olaraq göstərməyi planlaşdırmadığını bildirib.

Məsələ ilə bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Vladimir Putin “Xalqın xidmətçisi” serialını izləməyib və bunu etməyi planlaşdırmır. Çünki onun seriala baxmağa vaxtı yoxdur.

Qeyd edək ki, serialın yayım hüququ “Kvartal 95” studiyasının distribyutoru olan İsveçin “Eccho Rights” şirkətindən alınıb. Bu arada “Avropa həmrəyliyi” Partiyasından olan millət vəkilləri nə vaxt və hansı məbləğə serialın TNT kanalına satıldığı ilə maraqlanıblar.

Deputat Aleksiy Qonçarenko Zelenskiyə bu məsələlərə aydınlıq gətirməsi üçün sorğu göndərib.

Qeyd edək ki, serialın ilk üç seriyası dekabrın 11-də nümayiş olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...