"Ghosty" proqramı yenidən işlədi

"Ghosty" proqramı yenidən işlədi

“İnstagram” sosial şəbəkəsində bağlı profillərdə olan məzmunlara baxmaq üçün proqram yenidən istifadəçilərə təqdim edilib.

Gundeminfo.az-ın məlumatına görə, bir vaxtlar bağlı hesablara "Ghosty" adı ilə fəaliyyət göstərən proqramla baxmaq mümkün idi.

"Ghosty" proqramı bloklanandan sonra istifadəçilər “Postegro” adı ilə yenidən "Play Store"da mövcud olan proqramla bağlı profillərdə olan məzmunlara baxa biləcəklər.

Tətbiq telefona yükləndikdən sonra proqramın şərtlərini qəbul edib, “İnstagram” hesabını həmin proqramın daxilində açmaq tələb olunur. Bundan sonra hesabı bağlı olan istənilən istifadəçinin profilindəki foto və videoları görmək olur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
134 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...