Bələdiyyə seçkisində qalib gələn tək jurnalist

Bələdiyyə seçkisində qalib gələn tək jurnalist

Ötən gün bələdiyyə seçkilərində iştirak edən jurnalistlərdən yalnız biri qalib olub.

Gundeminfo.az axar.az-a istinadən əbər verir ki, bələdiyyə seçkilərində 7 jurnalist iştirak etsə də, yalnız 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Binəqədi qəsəbəsi bələdiyyəsinin üzvlüyünə namizəd olan “Azadinform” informasiya agentliyinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev seçkilərdə qalib gələn şəxslər arasındadır. İlkin nəticələrə görə, N.Niftiyev 3486 səslə hazırda liderdir.

Qeyd edək ki, bələdiyyə seçkiləri üçün 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd Editor.az saytının baş redaktoru Fərid Şahbazlı, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Unikal.org saytının müxbiri, jurnalist Famil Fərhadoğlu, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Zaurə Əmirova, 34 saylı Xətai ikinci seçki dairəsindən “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli, Xətai rayonu 36 saylı seçki dairəsindən Türsevdası.org saytının baş redaktoru Sevda Zülfüqarlı, 23 saylı Nəsimi-Səbail seçki dairəsidən “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov iştirak etsə də, onlar qalib gəlməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...