“Yeməkləri zibillikdən yığıb gətirir və...” - Corcla bağlı hər kəsi kövrəldən paylaşım

“Yeməkləri zibillikdən yığıb gətirir və...” -
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib. Onun adı lider namizədlər siyahısında yer alıb. Bu haqda Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib. C.Qafarov 6 min 667 səs toplayıb.

Gundeminfo.az xəbər verir ki, tanınmış rejissor Rza Rzayev Corcla bağlı təsirli paylaşım edib:

“Dostlar, məcbur oldum, yazdım, Corc, bağışla məni, Dolu filminin çəkilişləri zamanı bir neçə səhnədə hamı ağlamışdı, amma məni daha çox ağladan Corc oldu!

Corc da “Dolu” filmində çəkilirdi, uşaq idi onda. Çəkiliş olmayan günü yaradıcı heyət ilə birlikdə çay içirdik, aktyorlardan biri söhbət əsnasında Corca sual etdi: Anan sağdı, gəlir sizi görməyə?

Corc dedi, hə, yemək də gətirir, bizi yedizdirir, amma gedəndən sonra hamısın qaytarıram!

- niyə?

Çünki, anam xəstədi, yeməkləri zibillikdən yığıb gətirir, yeyirəm ki, pis olmasın!

İki gün ağladım və ondan sonra Corc ilə üz-üzə gəlməmək üçün gizləndim! Və neçə illərdi onu görmürəm, bələdiyyəyə üzv seçilib, uğurlar arzu edirəm! Dostlardan ona dəstək istəyirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...