Azercell-dən Korporativ Abunəçilər üçün Biznes Paketləri

Azercell-dən Korporativ Abunəçilər üçün Biznes Paketləri

Hər zaman müxtəlif abunəçi seqmetlərini yeniliklərlə sevindirən ölkənin lider mobil operatoru Azercell Telekom mayın 5-dən etibarən Fakturalı xətt seçilmiş müştəri qrupları üçün yeni Biznes paketlərini istifadəyə verib. Yeni paket abunəçilərə sərfəli danışıq ilə yanaşı, bir sıra güzəştlər də qazandırır. Belə ki, yeni paketə qoşulan zaman abunəçilər cəmi 10 AZN abunə haqqı ödəməklə ölkədaxili danışıqlar üçün 500 dəq, 500 sms və 500 MB internet əldə etmək imkanı qazanırlar. Eləcə də, 20 AZN-lik abunə haqqı müqabilində abunəçi ölkədaxili danışıqlar üçün 2000 dəq, 2000 sms və 2000 MB internet əldə edir. Bu paketin digər bir üstünlüyü isə ondan ibarətdir ki, bu paketə qoşulmaqla abunəçilər beynəlxalq zənglərdə 20 və müvafiq olaraq 40 faiz endirimdən yararlana bilirlər. Eyni zamanda, faktura dövrü ərzində əlavə trafikə 95% endirim tətbiq edilir (hər MB üçün 0.02AZN)
10AZN (EDV daxil) 20AZN (EDV daxil)
Ölkədaxili zənglər 500 dəqiqə 2000 dəqiqə
Ölkədaxili SMS 500 2000
Beynəlxalq istiqamətlərə zənglərə 20% endirim 40% endirim
İnternet 500 Mb 2000 Mb

Qeyd edək ki, danışıq dəqiqələri sms rominq xidməti, qısa nömrələrə edilən zənglər və sms-lər xaric olmaqla ölkədaxili istiqamətlərdə istifadə oluna bilər. Eyni zamanda, BizKlub daxili, qısa nömrələrə edilən, eləcə də peyk nömrələrinə və rominq xidməti çərçivəsində edilən xidmətlər istisna olmaqla, göstərilən xidmətlərin istifadə edilməyən hissələri növbəti faktura dövrünə keçirilmir. Əlavə xidmətlərin haqqı abunəçinin tarif paketinə uyğun olaraq hesablanır.

Azercell bundan sonra da abunəçilərini sərfəli tarif paketləri və yeni cəlbedici kampaniyalarla sevindirməkdə davam edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...