“Nar”dan Yeni il səfərləri üçün sərfəli rominq paketləri

“Nar”dan Yeni il səfərləri üçün sərfəli rominq paketləri
Ölkənin ən gənc mobil operatoru “Nar”, Yeni il ərəfəsində səfərə çıxan abunəçiləri üçün sərfəli rominq paketləri təklif edir. Mobil operatorun rominq paketləri müştərilərin tələblərinə uyğun olaraq səsli zəng, internet və “WhatsApp”da pulsuz yazışma imkanı verir. “Nar” istifadəçiləri Türkiyə, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri kimi populyar istiqamətlər də daxil olmaqla, 45 ölkədə müvafiq romiq paketinə qoşularaq öz yaxınları ilə daim ünsiyyətdə qala bilərlər.

Gundeminfo.az xəbər verir ki, səyahət zamanı rahat ünsiyyətdən yararlanmaq üçün abunəçilər ehtiyaclarına uyğun olaraq 4 rominq paketindən birini seçə bilərlər. “Roaming 9” paketi abunəçilərə 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet, “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur. Yəni bu trafik rominq internet paketindən çıxılmır.

Qeyd edək ki, səyahət zamanı “Nar” nömrələrində rominqi aktivləşdirənlərin sayı ötən illə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında 25%, rominqdə istifadə olunan internet trafikinin həcmi isə 68% artıb. Ümumilikdə, “Nar” dünyanın 117 ölkəsində abunəçilərinə keyfiyyətli rominq xidmətləri təklif edir. Daha ətraflı məlumatı www.nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...