YPX əməkdaşının rüşvət aldığı iddia edilən videogörüntülərlə bağlı araşdırma aparılır - DYP

YPX əməkdaşının rüşvət aldığı iddia edilən videogörüntülərlə bağlı araşdırma aparılır -

Sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsinidən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, videogörüntülərə baxış keçirilib və araşdırma aparılır.

"Araşdırmanın sonunda fakta hüquqi qiymət verləcək", - idarədən bildirilib.

Qeyd edək ki, görüntülərdə 99-YP-866 nömrəli YPX avtmobili ilə xidmət aparan polis əməkdaşının Bakı-Ələt-Qazax yolunda "Toyota" markalı avtbobilin sürücüsünü saxladığı, söhbət zamanı sürücünün cibindən nəsə çıxararaq polis əməkdaşının cibinə qoyduğu müşahidə edilir. Bundan sonra sürücü YPX əməkdaşı ilə əl görüşərək uzaqlaşır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...