Anar Rzayev tənqidlərə cavab verməkdən imtina edib

Anar Rzayev tənqidlərə cavab verməkdən imtina edib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev yenidən birliyin sədri vəzifəsinə namizəd olması ilə əlaqədar tənqidlərə cavab verməkdən imtina edib.

AYB sədri "Report"un əməkdaşının məsələ ilə bağlı sualını cavablandırmayıb.

"Bu barədə heç nə danışmayacağam", - deyə A.Rzayev bildirib.

Qeyd edək ki, A.Rzayevin 82 yaşı var. O, 1987-ci ildən AYB-nin sədri vəzifəsini tutur. A.Rzayev bir neçə gün öncə növbəti dəfə birliyin sədrliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb. Bir qrup yazıçı və şair onun bu qərarını sərt tənqid edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...