“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi

“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi

Hər zaman gənclərə dəstək olan, onların peşəkar karyera qurmalarına, maariflənməsinə və asudə vaxtının səmərəli keçirilməsinə çalışan “Nar”, 2 fevral – Gənclər Günü münasibətilə istedadlı və yaradıcı gənclərə öz dəstəyini göstərib. Belə ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş mükafatlandırma mərasimindəmobil operator uğurlu fəaliyyəti ilə seçilmiştələbə gənclər təşkilatlarınıtəbrik edib.

Gənclər Gününə həsr olunmuş tədbirdə 2019-cu ildə müxtəlif sahələrdə nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş gənclər, eləcə də ictimai fəallığı ilə seçilmiş gənclər təşkilatlarımükafatlandırılıb. Məqsəd yüksək nailiyyət əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimul verməkdir.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin cəmiyyət üçün əhəmiyyətini anlayaraq, onların maariflənməsi, dünyagörüşü və analitik düşüncə bacarığını inkişaf etdirən layihələrə dəstək verib. “Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.azsəhifəsindən əldə etmək olar.
“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi
“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...