Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək

Azercell-dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək
Azercell Telekom Beşinci Buktreyler Festivalının rəqəmsal tərəfdaşı qismində çıxış edir

“Azercell Telekom” MMC ənənəvi olaraq 23 aprel - Beynəlxalq Kitab Günü ərəfəsində mütaliə mədəniyyətinin təbliği və kinemotoqrafiya sahəsinin inkişafı məqsədilə təşkil edilən Buktreyler Festivalının əsas tərəfdaşıdır. Daima istedadlı və yaradıcı gənclərin dəstəyinə yönələn layihələrin və sosial təşəbbüslərin fəal iştirakçısı olan Azercell, festival çərçivəsində xüsusi olaraq “Ən Yaxşı Mobil Buktreyler” nominasiyasını da elan edir. Belə ki, mobil telefon vasitəsilə yerli müəlliflərin istənilən əsərinə çəkilən buktreylər şirkətin xüsusimünsiflər heyəti tərəfindən dəyərləndiriləcək və qalib Azercell-dən 1000 AZN dəyərində pul mükafatı qazanacaq.

Qeyd edək ki, Buktreyler Festivalıartıq 4 ildir ki, film sənayesində yeni simaların aşkar edilməsinə böyük töhfə verir. Festival kinoaktyor, prodüser Ruslan Sabirlinin təsisçiliyi altında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir.“Kitabı tanıdın, kitabla tanının” sloqanı iləkeçirilən bu festival millimədəni irsimizin qorunması, habelə Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması üçün əvəzolunmaz bir layihədir. Yaşından asılı olmayaraq hər kəs festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçərək, yarışmada iştirak edə bilər.Xatırladaq ki,Beşinci Buktreyler Festivalının1-ci yer qalibi 1000 AZN, 2-ci yer qalibləri 800 AZN və 3-cü yer qalibləri 500 AZN pul mükafatı ilətəltif olunacaqlar. Xatırladaq ki, festival üzrə müraciətlərin qəbulu fevral ayının 2-dən başlayıb. Buktreylerlərin son qəbul tarixi 1 aprel, 2020-ci ildir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür:
Instagram: https://www.instagram.com/BooktrailerFest
Facebook: https://www.facebook.com/BooktrailerFest
Youtube: https://www.youtube.com/BooktrailerFest

Əlavə suallarla bağlı [email protected] ünvanınamüraciətetməyinizixahiş edirik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...