Məscidlərdə cümə namazları ləğv edildi - Koronavirusa görə

Məscidlərdə cümə namazları ləğv edildi -

İran koronavirusa görə daha bir mühüm qərar verib.

Unikal.org xəbər verir ki, ölkənin bütün əyalətlərindəki məscidlərdə cümə namazları ləğv edilib. Bununla bağlı aidiyyəti qurum tərəfindən qərar qəbul olunub.

Ötən həftə də paytaxt Tehran daxil olmaqla 23 əyalətdə cümə namazı təxirə salınmışdı.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.

Ruhani isə bugünkü açıqlamasında ölkənin bütün şəhərlərində virusun yayıldığını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...