Azərbaycandan Gürcüstana pul köçürmələri artdı

Azərbaycandan Gürcüstana pul köçürmələri artdı

Fevral ayında Azərbaycandan Gürcüstana 2,05 milyon ABŞ dolları həcmində pul köçürülüb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Qonşu ölkəyə daxil olan pul köçürmələrinin həcmində Azərbaycanın payı 1,49%-ə bərabər olub. İllik müqayisədə Azərbaycandan Gürcüstana pul köçrümələri 44,67% artıb.

Ötən ay Gürcüstandan Azərbaycana köçürülən pulların həcmi isə 1,3 milyon dollaa bərabər olub.

Fevralda Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 137,3 milyon dollar pul daxil olub ki, bu da illik müqayisədə 11,9 milyon dollar və ya 9,5% çoxdur.

Gürcüstandan digər ölkələrə göndərilən pul vəsaitlərinin həcmi isə illik müqayisədə 22,4% artaraq 21,7 milyon dollar təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
587 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...