Ankara teleqülləsi Azərbaycan bayrağının rənglərinə boyandı

Ankara teleqülləsi Azərbaycan bayrağının rənglərinə boyandı
Türkiyənin paytaxtı Ankaranın rəmzi olan “Ataküle” teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu addım koronavirus pandemiyasının yayıldığı dövrdə Azərbaycan xalqı ilə həmrəyliyin təzahürüdür.

Rəng proyeksiyası ekranda “İki dövlət, bir millət, qardaş Azərbaycana sevgi ilə” yazısı ilə müşayiət olunub. Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...