FIFA AFFA-ya maliyyə yardımı ayırdı

FIFA AFFA-ya maliyyə yardımı ayırdı
FIFA koronavirus pandemiyasından əziyyət çəkən milli assosiasiyalara maliyyə yardımı edəcək.

"Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 150 milyon ABŞ dolları məbləğində vəsait dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcək.
Vəsaitin yaxın günlərdə assosiasiyaların hesabına köçürüləcəyi vurğulanıb.

Məlumatda qeyd olunub ki, FIFA üzv assosiasiyaları yalnız müəyyən olunmuş meyarlara cavab verdikdə tam ödəniş edir. Hazırkı durumda isə qurumun futbolu qorumaq üçün bu addımı atdığı bildirilib. FIFA-nın yaxın günlərdə hər federasiyaya 500 min ABŞ dolları köçürəcəyi qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...