Ermənilər Qarabağ meşələrində diversiya qrupları yaradır - FOTOLAR

Ermənilər Qarabağ meşələrində diversiya qrupları yaradır -
Silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmağı öyrənirlər.

Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında diversiya törətmək üçün könüllü hərbi birləşmələr yaradır. AYNA Modern.az-a istinadən bildirir ki, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.

Növbəti təlim xarakterli toplanış 10-19 iyul tarixlərində Kəlbəcər rayonu ərazisində keçiriləcək. Bundan əvvəl, təlimlərin iyunun 12-21 tarixlərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə tarix dəyişdirilib.

Təlimlərdə sabiq SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. Təlim-tədris məşqlərinə yerli və diaspor erməniləri maliyyə yardımı ayırırlar.


Ermənilər Qarabağ meşələrində diversiya qrupları yaradır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...