İtaliyada COVID-19-dan ölənlərin sayı 34,7 minə çatdı

İtaliyada COVID-19-dan ölənlərin sayı 34,7 minə çatdı

İtaliyada bir gün ərzində koronavirusdan ölənlərin sayı 22 nəfər artıb.

“Report” xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Qeyd edilir ki, bununla da ölkədə təhlükəli infeksiyadan ölüm hallarının ümumi sayı 34 738-ə çatıb.

Məlumata görə, bir gün ərzində COVID-19-a 174 yeni yoluxma aşkar edilib. Beləliklə, koronavirusa yoluxma hallarının ümumi sayı 240 310-a yüksəlib.

İtaliyanın baş naziri Cuzeppe Konte daha əvvəl bildirib ki, ölkə koronavirus pandemiyasının kritik həddini üstələyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...