I siniflər üçün dərsliklərin istifadə müddəti dəyişdirilir

I siniflər üçün dərsliklərin istifadə müddəti dəyişdirilir
Bu ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti dəyişdirilir.

“Report” xəbər verir ki, bu dərsliklər bir tədris ili istifadə olunacaq.

Əvvəllər bu müddət dörd tədris ili idi.

Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq.

Xatırladaq ki, növbəti tədris ilində birinci siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək. Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...