CBC-nin 8 əməkdaşında koronavirus aşkarlandı

CBC-nin 8 əməkdaşında koronavirus aşkarlandı

CBC telekanalının 8 əməkdaşı koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər.

Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.

Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVİD 19-a qarşı test analizi verməsi planlaşdırılıb.

Qeyd edək ki, şirkətin 200-dək əməkdaşı koronavirus testindən keçib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...