Daha bir jurnalist koronavirusdan sağalıb

Daha bir jurnalist koronavirusdan sağalıb
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusdan sağalıb.

"Report" xəbər verir ki, bu barədə Aynur Nəsirova "Facebook" səhifəsində paylaşım edib.

O, testinin nəticəsinin neqativ olduğunu bildirib: "Xəstəxana dövrü bitdi".

Qeyd edək ki, A.Nəsirova həm də "ARB24" televiziyasının baş redaktor müavinidir. İyulun 3-ü onun koronavirusa yoluxduğu haqqında məlumat vermişdik.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...