Oktyabrın 18-dən sonra toyların keçirilməsinə icazə verilir? - AÇIQLAMA

Oktyabrın 18-dən sonra toyların keçirilməsinə icazə verilir? -


Xəbər verdiyimiz kimi koronavirus pandemiyasına görə Azərbaycanda toy, yas, ad günü və digər mərasimlərin keçirilməsinə qadağa qoyulub. Son həftələr ölkə ərazisində yoluxanların sayı xeyli aşağı düşüb. Belə ki, avqustun 6-da 144 nəfər virusa yoluxub, 425-i isə sağalaraq evə buraxılıb.

Bir çox insanlar koronavirusa yoluxanların sayının bu cür azlama dinamikası davam edəcəyi təqdirdə Məhərrəm ayından sonra toyların keçirilməsinə icazə veriləcəyini bildirir.

Qeyd edək ki, ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 21-nə təsadüf edir. Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq. Qeyd edək ki, Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür. Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq. Koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, oktyabrın 18-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Cavid Osmanov bildirib:

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dünya üzrə fövqəladə vəziyyət yenidən 3 ay uzadıldı. Bu gün biz koronavirusla yaşamağa məcburuq. Kütləvi tədbirlərin, o cümlədən toy mərasimlərin 2 ay sonra keçirilməsinə icazə verilib-verilməyəcəyini proqnozlaşdırmaq çətindir. Bu günə kimi virusa qarşı heç bir vaksin və peyvənd tapılmayıb. 15 gündən çoxdur ölkəmizdə virusa yoluxma müsbət tendesiya ilə davam edir. Artıq gündəlik yoluxanların sayı 150-dən aşağı düşüb. Gündəlik sağalanların sayı isə 3 dəfə yoluxanlardan çoxdur. Bu müsbət dinamikanı qoruyub saxlamaq lazımdır.

2 ay sonra toyların keçirilməsinə icazə verilməsi məsələsinə gəlincə, bu barədə həmin dövrə yaxın yaranacaq vəziyyəti, yoluxanların və sağalanların artma-azalma dinamikasını təhlil etdikdən sonra dəqiq bir söz demək olar. Amma bununla yanaşı təbii ki, toy və digər mərasimlərə icazə verilərsə, çox ciddi qaydalar hazırlanmalıdır. Təbii ki, o qaydalara ciddi əməl edilməlidir. Oktyabrın 18-dən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyəti təhlil etdikdən sonra bununla bağlı qərarını açıqlayacaq. Əgər oktyabrın 18-dən sonra Operativ Qərargah toyların keçirilməsinə icazə verəcəksə, qoyulan qaydalara əməl edilməsinə ciddi nəzarət olunmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...