Daha bir erməni saxtakarlığı aşkar edildi

Daha bir erməni saxtakarlığı aşkar edildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin adından saxta məktublar göndərdiyini qeydə alıb.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Elektron Təhlükəsizlik Xidməti araşdırma aparana qədər bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.

"Bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. ABA-nın internet səhifəsində yerləşdirilən məlumat və onun adından göndərilən saxta məktub əlavə olunur. Xahiş edirik ki, bu kimi hallarla üzləşdikdə, “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin", - nazirlik bəyan edib.

Daha bir erməni saxtakarlığı aşkar edildi

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
68 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...