Multimedia "Napoli"nin stadionuna Maradonanın adı verildi

[
Multimedia "Napoli"nin stadionuna Maradonanın adı verildi
size=3]İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib.

"Report" "Fotball İtalia" nəşrinə istinadən xəbər verir ki, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb.

Bununla bağlı qərarı Neapol şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.

"Napoli" növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının XI turu çərçivəsində "Sampdoriya"ya qarşı keçirəcək.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984 - 1991-ci illərdə "Napoli"də çıxış edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...