Rusiyanın daşınmaz əmlak bazarının 3 AZƏRBAYCANLI KRALI

Rusiyanın daşınmaz əmlak bazarının
“Forbes” jurnalının Rusiya versiyası ölkənin ən çox daşınmaz əmlaka sahib olan biznesmenlərinin illik icarə haqlarından əldə etdiyi gəlirləri hesablayıb.

Modern.az jurnala istinadən xəbər verir ki, ölkədə daşınmaz əmlak icarəsindən ən çox gəlir əldə edən şəxslər əslən Azərbaycandan olan yəhudi biznesmenlər Qod Nisanov və Zarah İliyevdir. Onlar 2020-ci ildə sahini sahibi olduqları obyektlərin icarəsindən 1 milyard 280 milyon dollar qazanıblar.

Onlara məxsus “Yevropeyskiy” ticarət mərkəzi (180 min kvadrat metr) və “Fud siti” kooperativi (930 min kvadrat metr) Qod Nisanov və Zarah İliyevə gəlir gətirib.


Rusiyanın 30 əmlak kralı arasında yer alan başqa bir azərbaycanlı isə Araz Ağalarovdur. Crocus Group-un rəhbəri 2020-ci ildə özünə məxsus ticarət obyektlərinin icarəsindən 240 milyon dollar qazanıb. Həmin daşınmaz əmlaka Krokus Ekspo (680 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən “Vegas” ticarət mərkəzi (145 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun biznes imperiyasının 12 min kvadrat metrlik anbar sahəsi də var.

Crocus Group 2018-ci il Dünya Çempionatı çərçivəsində Rostov və Kalininqrad şəhərlərində tikilən stadionların baş podryatçısı olacaq. 2015-ci il 1 dekbar tarixinə Araz Ağalarovun şirkətinin ümumi borcu 1,4 milyard dollardır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...