"Azərbaycan” Nəşriyyatının direktoruna yeni müşavir təyin edilib

"Azərbaycan” Nəşriyyatının direktoruna yeni müşavir təyin edilib
"Azərbaycan” Nəşriyyatına yeni kadr təyinatları olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı nəşriyyatın baş direktoru Leyla Güləliyeva əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Şıxlı "Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri təyin edilib. O, indiyədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı və nazirliyin sayt redaktoru işləyib.

Digər əmrlə, Anar Mustafayev nəşriyyatın baş direktorunun müavini vəzifəsinə gətirilib. O, bundan öncə "Azərmarka” MMC-nin Redaksiya və Filateliya şöbəsinin müdiri olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...