“Tehran-43” filminin rejissoru Vladimir Naumov vəfat edib

“Tehran-43” filminin rejissoru Vladimir Naumov vəfat edib

Rusiyanın tanınmış rejissoru, SSRİ Xalq artisti Vladimir Naumov vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqından bildirilib ki, SSRİ xalq artisti, “Tehran-43”, “Qaçış” və digər filmlərin rejissoru V. Naumov bu gün 93 yaşında dünyasını dəyişib.

V.Naumov 1927-ci ildə Leninqradda anadan olub. 1952-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.

O, "Pavel Korçagin", "Gələnlərə sülh", "Tehran-43" və başqa filmlərin rejissoru kimi məşhurlaşıb.

1983-cü ildə SSRİ Xalq artisti adına layiq görülüb.

Qeyd edək ki, "Tehran-43" detektiv filminin bəzi səhnələri Bakıda lentə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...