Azərbaycanda gənc müəllim dəm qazından boğuldu

Azərbaycanda gənc müəllim dəm qazından boğuldu
Azərbaycanda gənc müəllim vəfat edib.Modern.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin müəllimi İsmayıl İsmayıllının dəm qazından öldüyü bildirilir.

Xəbəri Universitetdən saytımıza təsdiqləyiblər.

Qohumlarının bildirdiyinə görə, İsmayıl 2021-ci il Gənclər üçün Prezident mükafatçısı olub. Təxminən on il əvvəl böyrək çatışmazlığı problemi ilə üzləşib, atasının böyrəyi ona köçürülüb.Subay olan gənc müəllim evlənməyi planlaşdırırmış.

31 yaşlı İ.İsmayıllı Ordubadın Nüsnüs kəndində anadan olub.

2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin memarlıq ixtisasını bitirib. 2016-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində metodist, 2017-ci ildən “Memarlıq” kafedrasının müəllimi kimi fəaliyyətə başlayıb.

İsmayıl İsmayıllı müxtəlif yarışlarda, müsabiqələrdə iştirak edib, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Gənc memarın əsas uğuru isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dekabrın 14-də Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında sərəncamına əsasən ali təhsil ocağında 2 hektar ərazini əhatə edən Texnologiyalar Parkının eskiz layihəsinin müəllifi olması idi. Ötən il gənc memar ölkə başçısının sərəncamı ilə Prezident mükafatına layiq görülüb.

Allah rəhmət eləsin...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...