SOCAR Türkiyədəki şirkətini bağladı

SOCAR Türkiyədəki şirkətini bağladı


Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Türkiyədəki törəmə şirkətlərindən birinin lisenziyası ləğv edilib. Virtualaz.org saytı xəbər verir ki,bu barədə məlumat Türkiyənin Rəsmi qəzetində yer alıb. Məlumata əsasən “Socar Turkey LNG Satış Anonim Şirketi”nin liseziyası ləğv edilir. Bu şirkət Türkiyədə Enerji Bazarı Tənzimləmə Qurumu tərəfindən verilən lisenziyaya əsasən 6 bölgədə sıxılmış qazın satışını həyata keçirirdi.

Odatv.com saytının yazdığına görə şirkətin lisenziyasının ləğvi son vaxtlar SOCAR Turkey şirkətinin rəhbərliyində Fətullah Gülən təriqətinə bağlı şəxslərin işləməsinə dair yayılan məlumatlardan sonraya təsadüf edir. Türkiyə mətbuatı yazır ki, AKP hökuməti bu şəxslərin SOCAR rəhbərliyindən uzaqlaşdırılması üçün Bakıya təzyiq edir.

Lakin “SOCAR Turkey” şirkətinin idarə heyətindən bildiriblər ki, lisenziya razılaşması onların öz istəyi ilə ləğv edilib. Şirkətdən deyiblər ki, lisenziyanın ləğvinin Fətullah Gülən camaatı ilə heç bir bağlılığı yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...